Elşən Hacıbabayev bədbəxt hadisə ilə üzləşdi

26 Aprel 2026 12:35

Tanınmış aktyor Elşən Hacıbabayev bədbəxt hadisə ilə üzləşib.

Milli.Az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə sənətçinin yaxın çevrəsi məlumat yayıb.

Məlumata görə, aktyor məşqdən sonra səhhətində qəfil problem yaşayıb və təzyiqinin düşməsi nəticəsində müvazinətini itirərək yerə yıxılıb. Yıxılan zaman aldığı zərbə ciddi olub. Nəticədə Elşən Hacıbabayevin ayağı sınıb. Həkim müdaxiləsindən sonra onun ayağına gips qoyulub.

Hazırda aktyorun vəziyyətinin stabil olduğu bildirilir.

Milli.Az