Zelenski illər əvvəl Qəbələdə - FOTO

26 Aprel 2026 11:55

Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən sonra onun illər əvvəl Qəbələdə çəkilmiş fotoları yenidən gündəm olub. 

Milli.Az xatırladır ki, Zelenski 2017-ci ilin iyununda Qəbələyə səfər edib. O,  həmin vaxt Qəbələdə keçirilən 12-ci "Veselo" Yumor və Musiqi Festivalında "Kvartal-95" yumor qrupunun tərkibində səhnəyə çıxaraq azərbaycanlı tamaşaçıların qarşısında çıxış edib.

Sosial media paylaşımlarında Qəbələnin təbiətinə heyran qaldığını bildirən Zelenski Azərbaycanın gözəllikləri və insanlarının qonaqpərvərliyi barədə yüksək fikirlər səsləndirib.

Milli.Az