Rusiyada neft emalı zavodu vuruldu

26 Aprel 2026 11:10

Rusiyanın Yaroslavl şəhərindəki "Slavneft-YANOS" neft emalı zavoduna PUA hücumu olunub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində güclü yanğınlar baş verib.

Qeyd edək ki, zavod Rusiyada ən böyük neft emalı müəssisələrindən biridir.

Milli.Az