Bu gün Misli Premyer Liqasının 29-cu turunda iki oyun keçiriləcək. İlk oyununda "Şamaxı" "Kəpəz"i qəbul edəcək.
Milli.Az xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək.
Turnir cədvəlində "Şamaxı" 32 xalla səkkizinci, "Kəpəz" isə 21 xalla onuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
Üçüncü dövrə, 29-cu tur
26 aprel
16:00. "Şamaxı" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı şəhər stadionu.
Milli.Az