Əraqçi: "İran ABŞ-nin dialoqa hazır olduğuna əmin deyil"

26 Aprel 2026 00:34

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran hələlik ABŞ-nin münaqişənin həlli üçün tam şəkildə diplomatik metodlara keçməyə hazır olduğuna əmin deyil.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkəsində yazıb.

"ABŞ-nin diplomatiyaya nə dərəcədə hazır olduğunu müəyyən etmək üçün hələ müşahidə aparmaq lazımdır", - Əraqçı qeyd edib.

XİN rəhbəri İslamabada son səfərini "məhsuldar" adlandırıb və Pakistan tərəfi ilə İrana qarşı aqressiyanın daimi dayandırılması üçün şərtləri müzakirə etdiyini bildirib.

Milli.Az