Psixoloqa görə, həyatınızdan dərhal çıxarmalı olduğunuz 8 insan tipi

26 Aprel 2026 07:07

Yaşlandıqca həyatı bir redaktor kimi nəzərdən keçirmək və bizə yük olan faktorları kənarlaşdırmaq ruh sağlamlığımız üçün vacibdir. Psixoloqlar qeyd edirlər ki, bəzən xroniki yorğunluğun səbəbi yuxusuzluq deyil, ətrafımızdakı "duyğusal vampirlər"dir.

Milli.Az enerjinizi qorumaq üçün həyatınızdan çıxarmalı olduğunuz 8 insan tipini təqdim edir:

Enerjinizi sömürən və hüzurunuzu qaçıran bu profillərlə aranıza məsafə qoymaq, özünüzə edə biləcəyiniz ən böyük yaxşılıqdır.

Şikayət etməyi həyat tərzi edənlər
Hər kəsin çətin anları olur, lakin bu tip insanlar daim qaranlıqda qalmağı seçirlər. Onlar həll yoluna deyil, problemə fokuslanırlar. Bu neqativlik yoluxucudur və sizin də enerjinizi aşağı çəkir. Onları "boz buludlar" kimi düşünün; günəşinizi görmək üçün onlardan uzaqlaşın.

Sadəcə alan, amma verməyənlər
Münasibətlər iki tərəfli yol kimidir. Əgər hər zaman dinləyən, dəstək olan və fədakarlıq edən tərəf sizsinizsə, bu artıq bir münasibət deyil, "duyğusal mesai"dır. Balansın olmadığı yerdə hüzur olmaz.

Yanından ayrıldıqda sizi bitkin qoyanlar
Bəzi yorgunluqlar yuxusuzluqdan deyil, insanlardan qaynaqlanır. Birinin yanından ayrıldıqda özünüzü sanki bütün enerjiniz çəkilibmiş kimi hiss edirsinizsə, bir "enerji vampiri" ilə qarşı-qarşıyasınız. Evinizə palçıqlı ayaqqabı ilə girməyə icazə vermədiyiniz kimi, duyğusal sahənizə də bu insanların girməsinə icazə verməyin.

Yerində sayanlar və inkişafa müqavimət göstərənlər
Böyümək və dəyişmək həyatın təbii axarıdır. Lakin bəzi insanlar artıq işləməyən köhnə qəliblərinə sıx sığınıb qalırlar. Onları zorla irəli daşıya bilməzsiniz; bəzən onlara yoldaşlıq etməyi buraxmaq lazımdır.

Daim mühakimə edən və barmaqla göstərənlər
Necə yaşadığınızı, qərarlarınızı və ya görünüşünüzü daim tənqid edən şəxslər özgüvəninizi kemirir. Yaşlanmağın ən gözəl tərəfi odur ki, kim olduğunuz üçün kimsədən icazə istəməməyi öyrənirsiniz.

Keçmişə ilişib qalanlar
Köhnə uğurlar və ya köhnə incikliklər arasında sıxılıb qalanlar sizinlə birlikdə gələcəyi xəyal edə bilməzlər. Daim arxasına baxan biri ilə yerisəniz, önünüzdəki mənzərəni qaçırarsınız.

Sizi günahkarlıq hissi ilə idarə edənlər
Səssiz qalaraq, küsərək və ya duyğusal tələblərlə sizi manipulyasiya edənləri tanımaq çətindir. Əgər kiminsə əhval-ruhiyyəsinə görə özünüzü cavabdeh və daim günahkar hiss edirsinizsə, bu sevgi deyil, bir növ idarəetmə və kontroldur.

Uğurunuza sevinə bilməyənlər
Münasibətin əsl sınağı pis gündə deyil, yaxşı gündədir. Sizin uğurunuz kimisə narahat edirsə və ya xoşbəxtliyiniz kiçildilirsə, orada qalmayın. Heç kim başqası narahat olmasın deyə öz işığını söndürməməlidir.

Lalə Qüdrətova
Milli.Az