Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.
Milli.Az xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasını itirməsi nəticəsində qanın ürəyə qayıtmasının çətinləşməsidir.
Gün boyu ayaqlarda yığılan qan və maye, gecə hərəkət azaldıqda zonqlama, ağırlıq və narahatlıq hissi yaradır. Bu, bədənin boşalmasına mane olaraq yuxu keyfiyyətini aşağı salır.
Ayaqlarda hiss edilən qarışqa gəzməsi, çəkilmə və elektrik çarpması hissi tez-tez "Hüzursuz Ayaqlar Sindromu" ilə qarışdırılır. Halbuki bu xəstələrin böyük bir hissəsində əsl səbəb damar pozğunluqlarıdır.
İstatistiklərə görə, XVÇ xəstələrinin təxminən 60%-i aşağı yuxu keyfiyyətindən əziyyət çəkir. Əsas risk qruplarına bunlar daxildir:
Yaşlılar və hamilələr
Piylənmə problemi olanlar
Gün boyu hərəkətsiz oturanlar və ya ayaqüstə qalanlar
Xəstəlik hər zaman qabarmış varislərlə özünü büruzə vermir. Aşağıdakı hallar dövran pozğunluğunun xəbərçisi ola bilər:
Axşamlar artan topuq şişkinliyi
Ayaqlarda qaşıntı
Gecə qıcolmaları (kramplar)
2023-2025-ci illərin məlumatları göstərir ki, damar müalicəsi alan və ya varis əməliyyatı olan xəstələrin yuxu keyfiyyətində kəskin yaxşılaşma müşahidə olunur. Mütəxəssislər yuxusuzluq çəkən və ayaqlarında narahatlıq hiss edən şəxslərə mütləq bir damar cərrahına (flebiloqa) müraciət etməyi tövsiyə edir.
Lalə Qüdrətova
Milli.Az