Bakıda fəhlə faciəvi şəkildə ÖLDÜ

25 Aprel 2026 11:32

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini - 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Milli.Az