Parkda meyiti tapılan şəxsin kimliyi BİLİNDİ

25 Aprel 2026 11:05

Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olması müəyyənləşib.

Onun evsiz olduğu və parkda xəstəlik səbəbindən öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az