Fenomen "Cin Əli" 14 yaşlı qızı tərəfindən öldürüldü - FOTO

25 Aprel 2026 10:49

Türkiyədə sosial media fenomeni qızı tərəfindən qətlə yetirilib.

Milli.Az xəbər verir ki, hadisə Qaziantepin Şahinbəy qəsəbəsində baş verib.

Sosial mediada "Cin Əli" kimi tanınan 42 yaşlı Əli Bəy yaşadığı evdə 14 yaşlı E.B. ilə mübahisə edib. Mübahisə zamanı yeniyetmə qız bıçaqla atasını boynundan yaralayıb.  Daha sonra qız polisə gedərək atasının ona cinsi istismar etdiyini bildirərək təslim olub. . 

Xəstəxanaya aparılan Əli Bəyin öldüyü müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb.

Fidan
Milli.Az