Baş nazir yeni qərar imzaladı - Reyestrdə dəyişiklik

24 Aprel 2026 17:29

Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasında dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, reyestrə, habelə Reyestrdən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülən məlumatlar sırasından əmək zəmanəti çıxarılıb.

Milli.Az