Müğənni Zeynəb Həsəni açıqlaması ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi başına gələn maraqlı hadisədən danışıb. O, bildirib ki, bir dəfə köməkçisi ona zəng edərək fiziki məhdudiyyətli bir şəxsin onunla danışmaq istədiyini deyib. Zeynəb bu xahişi qəbul edib və həmin şəxslə səmimi ünsiyyət qurub.
Müğənninin sözlərinə görə, qarşı tərəf onunla çox rahat danışıb və görüşmək istədiyini bildirib. Sənətçi isə məsafənin uzaq olduğunu deyərək, həmin istiqamətdə tədbiri olarsa görüşəcəyini qeyd edib. Bu cavab qarşı tərəfin narazılığına səbəb olub və o, pis formada reaksiya verib:
"Bir dəfə zəng gəldi, köməkçim dedi ki, qüsurlu bir şəxs səninlə danışmaq istəyir. Razı oldum. Mənimlə sanki yaxından tanış olan biri kimi sərbəst danışırdı. Bir az söhbət etdik, mehriban və səmimi ünsiyyət qurduq. Daha sonra dedi ki, məni nə vaxt görməyə gəlirsən. Dedim ki, Şəkidə qalıram, ora uzaqdır. Əgər o istiqamətdə toyum olarsa, səni gəlib görərəm. O isə 'vaxt ayırıb niyə məni görməyə gəlmirsən?' dedi. Mən də gülərək cavab verdim.
Sonra 'gəlmirsən' deyib qarğış etdi və 'görüm mənim günümə düşəsən' dedi. O anda çox pis oldum".
Zeynəb Həsəni əlavə edib ki, bu hadisədən sonra özünü pis hiss edib. O, daha sonra başqa bir haldan da bəhs edərək, aparıcı Lalə Azərtaşın vasitəsilə xəstə bir körpə ilə danışdığını bildirib. Müğənni qeyd edib ki, həmin uşaq yalnız onunla telefonla ünsiyyət qurmaq istəyib və gəlməyini də istəməyib.
Sənətçinin bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az