Azərbaycanlı rejissor beynəlxalq festivalda mükafat qazandı

24 Aprel 2026 16:38

Azərbaycandan olan rejissor Seyran Mahmudoğlu "Kür - çaylar anası" filmində ekoloji kinonun inkişafına verdiyi töhfəyə görə "Astana Eco Film Festival" beynəlxalq kino festivalında mükafata layiq görülüb.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyilə çəkilmiş filmdə Kür çayının tarixindən, keçdiyi regonların taleyinə təsirindən və onu qorumağın vacibliyindən söz açılır.

Bundan əlavə, rejissor Pavel Kimin Özbəkistan və Azərbaycanın birgə istehsalı olan "Yer və ay" filmi "Ətraf mühit mövzusunda ən yaxşı qısametrajlı film" nominasiyasında qalib olub.

Qeyd edək ki, "Astana Eco Film Festival" - ekologiya, dayanıqlı inkişaf və sosial məsuliyyət məsələlərinə həsr olunmuş beynəlxalq kino festivalıdır. Festival "RES 2026 EXPO" Beynəlxalq yaşıl texnologiyalar və davamlı həllər sərgisinin çərçivəsində keçirilib. 

Milli.Az