"Kainat gözəli" qayınanası tərəfindən öldürüldü - FOTO

24 Aprel 2026 15:20

Meksikada model və gözəllik müsabiqəsi iştirakçısı Karolina Flores Qomes silahlı hücum nəticəsində həyatını itirib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 27 yaşlı Karolina Flores Qomez Mexiko şəhərinin ən eksklüziv məhəllələrindən biri olan Polankoda lüks bir mənzildə güllələnərək öldürülüb. 

İstintaq çərçivəsində ən diqqətçəkən məqam şübhəlinin ailə üzvlərindən biri olması ehtimalıdır. Yerli mənbələrdə xüsusilə qayınananın adı hallandırılır.

Prokurorlar daha sonra qayınananın işdə əsas şübhəli olduğunu açıqlayıblar.

İddialara görə, qadın hadisə zamanı evdə oğlu və zərərçəkmişin partnyoru Alejandro ilə birlikdə olub. Detektivlər həmçinin hadisənin gecikməsini araşdırırlar.

İstintaq davam edir.

Milli.Az