Xəbər verdiyimiz kimi, türkiyəli sənətkar Ferdi Atuner 82 yaşında vəfat edib. Onun mədəniyyət Mərkəzində keçirilən anım mərasimi gərginliklə yadda qalıb.
Milli.Az xəbər verir ki, Taksim Atatürk Mədəniyyət Mərkəzində keçirilən anım mərasimində qısa bir gərginlik yaşanıb.
Aktrisa Şehnaz Dilanla Ferdi Atunerin kürəkəni arasında mübahisə düşdüyü bildirilib. İlayda Atuner də mübahisəyə qarışıb və hadisə mərasimdə diqqəti cəlb edib.
Hadisə baş verən zaman aktrisa Asena Keskincinin səhnədə çıxış etmək üzrə olduğu bildirilib. Gərginliyin tez bir zamanda sakitləşdiyi bildirilib.
Fidan
Milli.Az