Röya Əkbərlə trendə düşdü

24 Aprel 2026 13:57

Xalq artisti Röya Ayxan və müğənni Əkbər Əliyev duet şəklində təqdim etdikləri "Ay Qız"mahnısı qısa zamanda böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, mahnının klipi YouTube platformasında 1 milyondan çox baxış toplayaraq trendə düşüb.

Dinamik ritmi, yadda qalan sözləri və iki ifaçının uyğun səhnə enerjisi "Ay Qız"ı dinləyicilərin favoritinə çevirib.

Milli.Az