Uşaqlara qarşı fiziki zorakılığın qarşısının alınması ilə bağlı yeni qaydalar tətbiq olunub. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, övladına fiziki cəza tətbiq edən valideynlər 200 manat məbləğində cərimə edilə bilərlər.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu cür halların uşaqlara təsiri fərqli olur və hər bir uşağın psixoloji vəziyyətindən asılı olaraq dəyişir. Bəzi uşaqlarda qorxu səbəbilə davranışların dəyişməsi müşahidə edilsə də, digərlərində əks reaksiya yaranaraq aqressiv davranışların artması mümkündür. Bu səbəbdən yalnız cərimə mexanizmi ilə problemin tam həll olunması çətin hesab edilir.
Məsələ ilə bağlı hüquqşünas Mircavid Miriyev bildirib ki, əgər valideynin hərəkətləri tərbiyə çərçivəsini aşaraq zorakılıq xarakteri daşıyırsa və uşağın sağlamlığına zərər vurulduğu sübuta yetirilərsə, bu halda məsələ inzibati deyil, cinayət məsuliyyəti çərçivəsində araşdırılır və qanunvericiliyə uyğun daha ciddi tədbirlər görülür.
Mütəxəssislər hesab edirlər ki, uşaqların zorakılıqdan qorunması üçün yalnız hüquqi sanksiyalar deyil, həm də maarifləndirmə və psixoloji yanaşmalar vacib rol oynayır.
Asya
Milli.Az