Müğənni Yaşar Yusub verdiyi açıqlamalarla gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi bəzi həmkarlarını tənqid edərək, müğənniliyin hər zaman bahalı və nüfuzlu bir sahə kimi qəbul edildiyini bildirib.
Onun sözlərinə görə, əvvəllər sənətçilər ən bahalı geyimlərə üstünlük verir və başqaları da onlardan nümunə götürürdü.
Yaşar Yusub hazırda efirdə bəzi müğənnilərin davranışlarını da tənqid edərək, bu vəziyyətə görə utandığını bildirib. O, sənətdə etik qaydalara və davranış mədəniyyətinə ciddi riayət olunmasının vacibliyini vurğulayıb:
"Müğənni həmişə ən bahalı insan olub. Bu, dünyanın hər yerində belədir. Ən bahalı qiymətə gedən olub, ən bahalı geyimi geyinib. Onlara baxıb nümunə götürüblər ki, o kostyumdan, o paltardan tikdirim, geyinim.
İndi isə efirə çıxıb artıq danışan müğənnilər var, onlara görə utanıram ki, niyə bu yerlərə gəlib çıxdıq. Ədəb-ərkan mütləqdir".
Musa
Milli.Az