Ofelya vəfat edən qardaşının nakam arzusundan DANIŞDI: "Elvin Basqallının..."

24 Aprel 2026 11:30

Xəbər verdiyimiz kimi, müğənni Ofelya Şabanovanın qardaşı Nurməhəmməd (Maqa) Şabanov vəfat edib.

Milli.Az-ın məlumatına görə, sənətçi mərhum qardaşı ilə bağlı duyğusal açıqlamalar verərək onun ürəyində qalan bir arzusundan danışı.

İfaçı bildirib ki, qardaşı məşhur aparıcı Elvin Basqallı  tərəfindən adının çəkilməsini arzulayırmış və bu istəyini onunla bölüşmüşdü:

"Maqanın bir arzusu ürəyində qaldı. Yas mərasimində bu məsələni Elvin Bəşqallıya dedik, o da çox pis oldu və 'niyə bunu əvvəldən deməmisiniz?' söylədi. Qardaşım bir gün mənə demişdi ki, görəsən, nə vaxtsa Elvin Bəşqallı şou-biznesə 'Maqa gəldi' deyəcək?

Həyat o qədər qəribədir ki, Elvin qardaşımın ölümünü xəbər kimi təqdim edəndə çox pis təsirləndim. Qardaşım üçün hər şeyi edirdim - hara getmək istəyirdisə gedirdik, nə almaq istəyirdisə alırdım. Müğənni olmaq istədi, onu efirlərə çıxardım. İndi isə peşmanam, bəlkə də tanıtmazdım. Hara baxıram, onunla bağlı xatirələr qarşıma çıxır və bu məni çox sarsıdır.

O, qazi olmasını gizlədirdi. Müharibədə geyindiyi formasını belə evdə gilətmişdi və bu barədə danışmağı sevmirdi".

Onun bu sözləri sosial şəbəkələrdə kövrək anlar yaşadıb və geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az