"İnşallah" deyən aktrisaya Quran hədiyyə etdilər - FOTO

24 Aprel 2026 10:57

Hollivud ulduzu Anne Hathaway "The Devil Wears Prada" filminin London qalasında maraqlı an yaşayıb.

Milli.Az xəbər verir ki, 43 yaşlı aktrisaya bir pərəstişkarı Qurani-Kərim hədiyyə edib. Buna səbəb onun son müsahibəsində "İnşallah" sözünü işlətməsi olub.

Hədiyyəni qəbul edən Hathaway təşəkkür edərək pərəstişkarına minnətdarlığını bildirib.

Qeyd edək ki, "The Devil Wears Prada" filminin ilk hissəsi 2006-cı ildə nümayiş olunub. Davam filmi isə bu il tamaşaçılarla görüşəcək. Filmdə Anne Hathavay ilə yanaşı Meryl Streep, Stanley Tucci və Emily Blunt kimi məşhur aktyorlar da rol alır.

Milli.Az