Türkiyədə zəlzələ oldu

24 Aprel 2026 09:57

Egey dənizində, Krit sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) son məlumatında bildirilib.

7 kilometr dərinlikdə baş verən zəlzələ Muğla bölgəsində geniş miqyaslı çaxnaşmaya səbəb olub.

Türkiyəyə yaxınlığı səbəbindən zəlzələ Muğla və ətraf ərazilərə də təsir göstərib.

Fidan
Milli.Az