Hüseyn Dəryanın "ölmüş" arvadının anası danışdı - YENİLƏNİB - FOTO
16 Avqust 2012 13:57
13:57
"Sona ailə qurandan bu günə kimi mənim yanımda yaşayır. 6 yaşı tamam olmağa az qalan nəvəmə və övladıma özüm nəzarət edirəm. Uşağı məktəbəqədər hazırlıq kursuna düzəltmişəm, idmana da gedir. Kefimiz, əhval-ruhiyyəmiz çox yaxşıdır, mehriban ailəyik. Hüseynlə heç bir problemimiz yoxdur".
Bu sözləri Publika.Az-a tanınmış repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadovanın anası Ləzifə Aslanova deyib.
L.Aslanova bildirib ki, Sona Hüseyndən ayrılandan sonra da övladıyla yaşayır və qızının Hüseynlə heç bir əlaqəsi yoxdur:
"Amma Hüseyn uşağına baş çəkmək üçün mənimlə əlaqə saxlayır".
O, Hüseyn Dəryanın yaydığı şayiəyə də aydınlıq gətirib:
"Avtomobili kreditə götürmüşəm və hazırda məhəllədədir. Heç nə olmayıb. Hadisə ilə bağlı Hüseynə zəng edib dedim ki, bu, nə məsələdir? O da dedi ki, zarafat eləmişəm".
L.Aslanova rep ifaçısının narkotik qəbul etməsi səbəbindən bu xəbəri yaydığına da münasibət bildirib:
"Hüseynin narkotik qəbul etdiyini bilmirəm, görməmişəm, hiss etməmişəm. Normal adamdır. İki-üç gün əvvəl bizə gəldi, uşağıyla görüşdü. Qohum-əqrəba xəbəri eşidən kimi pis olublar".
Modern.az-a danışan Hüseyn Dərya ölüm xəbəri ilə bağlı məlumatın jurnalist uydurması olduğunu qeyd edib.
"Mən yalan deməmişəm. Məndən müsahibə alan qız onun rəfiqəsidir. Mən sadəcə zarafat üçün dedim. Mən demədim ki, bunu xəbər kimi mətbuatda yaysın. Həm də bilmədim ki, bunu informasiya kimi sayta verəcəklər. Fikirləşdim ki, onun rəfiqəsidir və zarafat elədim. Adətən mən onun rəfiqəsinə deyirəm, o da mənim dediklərimi Sonaya çatdırır. Jurnalist məndən soruşdu ki, Sona neyləyir, mən də dedim ki, ölüb. Demədim ki, sabah üçüdür, ya yeddisidir".
----------
12:20
Anspress-ə Hüseyn Dərya ilə yenidən dialoqa girmək istəmədiyini bildirən Sona baş verənlərə münasibət bildirmək istəmədi. Onun yerinə qızının "ölüm" xəbərindən sarsılan Sonanın anası Ləzifə Aslanova danışıb:
"Sona
evdə olmayanda uşağının yanına gəlir. Ona bir balam kimi qulluq
eləmişəm. Hörmətində durmuşam. Hüseynə heç bir pisliyimiz keçməyib. İndi
də bu xəbər... Zəng vurub soruşuram ki, niyə belə eləmisən? Deyir,
"narahat olma, düzəldərik".
Ləzifə xanım qohum-əqrəbanın Sonanın
"ölüm" xəbərindən sarsıldığını deyir: "Qohum-əqrəba hamı zəng vurur,
hamı narahatdır. Arasında xəstəsi var, qocası var. Xəbəri eşidib
üzünü-gözünü cıranlar var.
Bir qızım Türkiyədə yaşayır. Onlar da eşidib dəli olublar. Haradan eşidiblər, deyə bilmərəm".
Ləzifə xanım Hüseyn Dəryanın Sonanın maşın sürməsi ilə hələ də barışmadığını söylədi:
"Hüseyn
qızımın maşın sürməsinə dəli olur. Maşını mən alıb Sonanın altına
qoymuşam, özümə görə. Xəstə adamam, onların boşanma haqq-hesabından
şəkər oldum. Qızım məni gəzdirir o maşınla. Cahangirə də özüm baxıram.
Gözümün ağı-qarası iki qızım var. Sona mənim həm oğlumdur, həm qızımdır.
Kişi kimi qızdır. Ona heç kim artıq-əskik söz deyə bilməz.
---------
12:15
Milli.Az-a açıqlama verən Hüseyn Dərya bu səhər mediada hay-küylə yayılan həyat yoldaşı Sonanın ölüm xəbəri haqqında sonuncu dəfə danışdı:
"O, mənim həyat yoldaşım, oğlumun anasıdır. Əgər mən kiminsə yanında
zarafatla nəsə demişəmsə, nə üçün bu, məqsədli şəkildə mediaya
çıxarılır? Bir də axı mənim belə ucuz reklama ehtiyacım yoxdur. Sənətə
gəldiyim gündən daim jurnalistlərin diqqətini çəkmişəm. Hətta məhbəs
həyatı yaşadığımda da gündəmdən enmədim. Həbsdən çıxanda əvvəlki
populyarlığımı qaytardım. Sonaya gəldikdə isə bu qız ömür boyu adımla
reklam axtarışındadır. Və şou-biznesin gündəmindən enmək istəmir.
Məqsədi tam bilinmir, amma bu dəfə də istəyinə çatdı. Mövzuya daha
qayıtmaq istəmirəm".
---------
11:27
Rep ifaçısı Hüseyn Dərya keçmiş həyat yoldaşı Sona İbadova
avtomobil qəzasında həlak olduğunu deyib. Bu barədə bəzi saytlara
açıqlama verən H.Dərya bildirib ki, keçmiş həyat yoldaşı avqustun 12-də
idarə etdiyi "Hyundai" markalı avtomobil ilə qəza törədib:
"Sonanın
idarə etdiyi avtomobil "KamAZ"la toqquşub. Hadisə Ukrayna dairəsində baş
verib və Sona qəzadan sağ çıxmayıb. Artıq canım ondan qurtardı. Sona
bilmirdi ki, mənə qarşı elə hərəkətlər edəndə, başıma torbalar tikəndə,
sonu belə olacaq?!"
Məsələ ilə bağlı Sona İbadova onunla əlaqə
saxlayan Publika.Az-a hadisə ilə bağlı danışaraq bildirdi ki, keçmiş
həyat yoldaşı Hüseyn Dərya ağlını itirib:
"Hüseynin başı çatmır,
başı xarabdır. Ölməmişəm. Sağ-salamat yaşayıram. Ümumiyyətlə, başıma,
dediyi kimi, belə bir hadisə də gəlməyib. Avtomobilimi də bir ildən çox
müddətdir ki, çox diqqətli idarə edirəm. Hüseynin məqsədi gündəmdə
qalmaqdır. Mənim onunla heç bir əlaqəm yoxdur. O, aləmi bir-birinə
qatıb".
----------
11:00
Tanınmış reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova avtomobil qəzasında dünyasını dəyişib. Anspress-in məlumatına görə, bu barədə Hüseyn Dəryanın özü bildirib.
Bununla belə o, keçmiş həyat yoldaşının dünyasının dəyişməsinə sevindiyini gizlətməyib:
"İnanmayacaqsınız, amma mən çox sevinirəm... Hadisə avqustun 12-də baş verib. Sonanın idarə etdiyi "Hyundai" markalı avtomobil "KamAZ"la toqquşub. Hadisə Ukrayna dairəsində baş verib və Sona qəzadan sağ çıxmayıb. Artıq canım ondan qurtardı. Sona bilmirdi ki, mənə qarşı elə hərəkətlər edəndə, başıma torbalar tikəndə, sonu belə olacaq?!"
H.Dərya onu da əlavə edib ki, azyaşlı oğlu Cahangir hazırda qayınanasının yanındadır və məhkəmə yolu ilə oğlunu onlardan alacaq.
Şahin Cavadsoy
Milli.Az