Ərdoğan göz yaşlarını saxlaya bilmədi - VİDEO

24 Aprel 2026 09:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 aprel - Milli Suverenlik və Uşaq Günündə Prezident Sarayında uşaqlarla görüşüb.

Milli.Az xəbər verir ki, görüş zamanı uşaqlar Ərdoğana şeirlər oxuyaraq ona olan sevgilərini ifadə ediblər. Lakin uşaqlardan biri Ərdoğana olan sevgisi və oxuduğu şeir ilə duyğulu anlar yaşadıb.

Belə ki, qəbul zamanı Ərdoğanı görən Mutlucan göz yaşlarını saxlaya bilməyib. Türkiyə Prezidenti özü də kövrələrək sakitləşə bilməyən uşağı qucaqlayıb.

Milli.Az