Arda Turan 20 min avro CƏRİMƏLƏNDİ

24 Aprel 2026 09:16

UEFA Konfrans Liqasında baş verən hadisə ilə bağlı Şaxtyor Donetsk klubunu və komandanın baş məşqçisi Arda Turanı cəzalandırıb.

Milli.Az-ın məlumatına görə, insident "Şaxtyor"un AZ Alkmaar ilə keçirdiyi 1/4 final mərhələsinin ilk oyununda baş verib. Qarşılaşma Ukrayna təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun əvvəlində "Şaxtyor"un futbolçusu İsake rəqiblə toqquşma nəticəsində başından zədə alıb. Ona tibbi yardım göstərildikdən sonra meydanda qalmasına icazə verilsə də, daha sonra vəziyyəti pisləşdiyi üçün oyunu vaxtından əvvəl tərk edib.

UEFA bu hadisə zamanı beyin silkələnməsi protokoluna əməl olunmadığını əsas gətirərək klubu 10 min avro, Arda Turanı isə 20 min avro məbləğində cərimələyib. Qurum həmçinin "Şaxtyor Donetsk"ə heyət üçün xüsusi tibbi təlimlərin keçirilməsini tapşırıb.

Bundan əlavə, klub idman tədbirlərində qeyri-etik mesajlardan istifadəyə görə daha 20 min avro cərimə olunub.

Hüseyn
Milli.Az