Bakının bu ərazisində 4 saat işıq OLMAYACAQ

24 Aprel 2026 09:08

Aprelin 24-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az