"Heç bir estetik əməliyyatım yoxdur"

25 Aprel 2026 16:57

Məşhur "Yeraltı" serialında canlandırdığı Ceylan obrazı ilə tanınan aktrisa Devrim Özkan səmimi etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi son açıqlamasında görünüşü ilə bağlı səslənən iddialara aydınlıq gətirib. O bildirib ki, bədənində və üzündə heç bir estetik əməliyyat yoxdur:

"Heç bir yerimdə estetik əməliyyat yoxdur. Üzümdə və vücudumda heç nə yoxdur. 3 il əvvəl sadəcə üst dodaq dolğusu etdirmişəm. Məsələn, burnum qırıqdı, ona da əl dəyməmişəm. Təkcə dişlərimi düzəltdirmişəm", - deyə aktrisa vurğulayıb.

Devrim Özkanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun təbii görünüşünü dəstəkləyərək səmimiliyini təqdir edib, digərləri isə mövzu ətrafında müxtəlif fikirlər səsləndiriblər.

Musa
Milli.Az