Müğənni Tacir Şahmalıoğlu ona yazılan mənfi rəylərdən danışıb.
Milli.Az xəbər verir ki, sənətçi "Günə uğurla" proqramında pis rəylərə normal yanaşdığını bildirib. O, qeyd edib ki, heç vaxt bu cür şərhlərə cavab vermir:
"Şərhləri oxuyuram. Bir dəfə də baxıram 900-dən yuxarı rəy yazıblar. Baxıram ki, biri yazıb sizdən zəhləm gedir. Qadan alım, de bunu. Fərqli, gözəldir, əladır. Nə qədər tərif yazarlar. Yazıblar nə oxumusan, uşaqlıqda bir "Bayati şiraz" oxumusan, bizi öldürməyəcksən ki? Bunu mənim oğlum da oxuyar. Qəşəng, ürəyi var yazıb. İnsanların zövqü müxtəlifdir. Heç kimə ixtiyarımız yoxdur deyək niyə yazırsan? Bizim döyüşməyə haqqımız yoxdur. Yazsınlar, ucalmağımız da, enməyimiz də xalqın əlindədir. Rəyə baxırsan, ona reaksiya verirsənsə, bu, bizə düşmür". (Axşam.az)
Milli.Az