Azərbaycanlı ilə eşq yaşayan diplomat məhkəmə QARŞISINDA

23 Aprel 2026 15:54

Ermənistan Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin əməkdaşı, Azərbaycana casusluqda və dövlətə xəyanətdə ittiham olunan diplomat Aşxen Aleksanyana hökm oxunub.

Milli.Az xəbər verir ki, bu barədə onun vəkili Abqar Poqosyan məlumat verib.

Onun sözlərinə görə, məhkəmənin hökmünə əsasən, Aleksanyan iki il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin əməkdaşı Aşxen Aleksanyan Azərbaycana casusluqda və dövlətə xəyanətdə ittiham olunur. Onun azərbaycanlı ilə eşq yaşadığı da bildirilir./axar.az

Milli.Az