Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.
Milli.Az Unikal.az-a istinadən xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası tibb müəssisəsinin direktorunun cərrahi xidmətlər üzrə müavini Kamil Hacıyevə həvalə edilib.
Xatırladaq ki, K.Hacıyev 2025-ci ilin iyul ayında Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin işdən çıxarılan sabiq direktoru Nurəngiz Bəşirova dəfələrlə qalmaqallı hadisələrlə bağlı gündəmə gəlib.
Yeni Klinikanın direktor vəzifəsinə isə Qalib İmanov təyin olunub.
Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, klinikaya rəhbərlik direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Q.İmanova həvalə edilib.
Qeyd edək ki, Yeni Klinikanın direktoru Barat Yusubov dünən vəzifəsindən azad olunub.
Hələlik TƏBİB vəzifəsindən azad olunan xəstəxana rəhbərləri və yeni təyinatlarla bağlı rəsmi açıqlama verməyib, çoxsaylı sorğular cavabsız qalıb.
Qurumdan yaxın vaxtlarda ətraflı məlumat açıqlanacağı bildirilib.
Milli.Az