Hakim görün oyunu nə üçün dayandırıbmış

23 Aprel 2026 10:49

Hollandiyalı hakim Denni Makkeli AZ Alkmaar ilə NEK Neymeqen arasında keçirilən kubok finalında qeyri-adi hadisə ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, oyun zamanı telefon zənginə cavab vermək üçün görüşü müvəqqəti dayandırıb və bununla da futbol dünyasında nadir hallardan birinə imza atıb.

Hakim Denni Makkeli qarşılaşma davam edərkən oyunu saxlayaraq kənara çəkilib və telefon danışığı aparıb. Bu vəziyyət həm stadiondakı azarkeşləri, həm də televiziya vasitəsilə oyunu izləyənləri təəccübləndirib.

Bir neçə saat sonra məlum olub ki, hakim telefonla Hollandiya Futbol Federasiyasının rəsmiləri ilə əlaqə saxlayaraq tribunadan meydançaya atılan fişənglər və təhlükəsizlik məsələləri barədə müzakirə aparıb.

Milli.Az