İngiltərəli futbolçu Ceyms Tavernye uzun illər formasını geyindiyi "Reyncers" ilə yollarını ayırmağa hazırlaşır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək, mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, bildirib ki, bu qərarı vermək onun üçün asan olmayıb.
Komandanın kapitanı müqavilə müddəti başa çatdıqdan sonra "Reyncers"lə vidalaşacaq. 2015-ci ildən klubda çıxış edən Tavernye bu müddət ərzində 562 oyunda meydana çıxıb, 144 qol vurub və 148 məhsuldar ötürmə ilə yadda qalıb.
Hüseyn
Milli.Az