Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR

23 Aprel 2026 09:15

"Güller ve günahlar" serialının mövsüm finalı ilə bağlı tarix açıqlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə iyunun 20-də son bölümü ilə tamaşaçıların qarşısına çıxaraq yayımına müvəqqəti fasilə verəcək.

Məlumata görə, ekran işi yeni mövsümə qədər efirdə olmayacaq. Serialda əsas obrazları Murat Yıldırım və Cemre Baysel canlandırır.

Musa
Milli.Az