İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə münaqişənin həlli üçün həmişə dialoqa üstünlük verdiyini bildirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "İran İslam Respublikası dialoqu və razılaşmanı alqışlayıb və bu yanaşmanı davam etdirir. Öhdəliklərin pozulması, blokada və təhdidlər real danışıqlar üçün əsas maneələrdir", - deyə prezident qeyd edib.
Qeyd edək ki, aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər fikir ayrılıqları səbəbindən uzunmüddətli razılaşma əldə edə bilməyiblər.
Aprelin 21-də ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli şəkildə elan etdiyi bu qərarı tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.
Milli.Az