“Həyat yoldaşıma görə dişlərim töküldü” - FOTO

22 Aprel 2026 23:05

Türkiyənin məşhur həkim-professoru Canan Karatay həyat yoldaşını itirdikdən sonra yaşadığı çətin günləri ilk dəfə danışıb.

Milli.Az xəbər verir ki, 47 illik həyat yoldaşının vəfatından sonra keçirdiyi dövrü izah edən Karatay, bu mərhələnin onun üzərində ciddi təsirlər buraxdığını bildirib. Məşhur həkim güclü stress yaşadığını qeyd edərək, bunun fiziki nəticələrinin də olduğunu deyib.

"Həyat yoldaşım xəstəxanada olarkən yaşadığım güclü stress səbəbindən üst dişlərim töküldü, o dövrdə sürətlə çəki itirdim"- deyə Karatay bildirib. (olay)

Milli.Az