Türkiyəli aktyor Selahattin Paşalı və həyat yoldaşı Lara Paşalı boşanmaları barədə yayılan iddialarla bağlı səssizliklərini pozub.
Milli.Az xəbər verir ki, cütlük sosial media hesablarından birgə açıqlama yayıb.
"Son günlərdə haqqımızda səslənən iddialarla bağlı qısa açıqlama vermək istərdik. Hər evlilik zaman-zaman çətin dövrlər yaşaya bilər, hazırda bəzi məsələləri öz aramızda həll etmək və münasibətimizi daha sağlam bir nöqtəyə daşımağa çalışmaq prosesini yaşayırıq", - onlar qeyd edib.
Bu müddət ərzində susmağı üstün tutduqlarını deyən Paşalı cütlüyü, "Çünki şəxsi məsələlərimizi sakit və gizli idarə etmək istədik. Ancaq susmağımızın yanlış anlaşılması və yanlış şərh olunması gerçəyi əks etdirməyən spekulyativ xəbərlərin artmasına səbəb oldu. Xüsusi olaraq bildirmək istərdik ki, proseslə bağlı ictimaiyyətə sızan təfərrüatlar həqiqəti əks etdirmir. Şəxsi həyatımıza göstərilən həssaslıq və anlayış üçün yanımızda olan hər kəsə təşəkkür edirik", - əlavə edib.
Qeyd edək ki, boşanma iddialarını gündəmə gətirən hadisə Laranın toy fotolarını sosial şəbəkə hesabından silməsi olub. Gündəlik həyatlarını tez-tez sosial mediada paylaşan cütlüyün evliliyində bir müddətdir problemlər olduğu iddia edilir.
Belə ki, yayılan xəbərlərə görə, Laranın bu addımı atmasına ərinin xəyanət etməsi səbəb olub. Daha öncə Selahattinin "Masumiyet Müzesi"ndəki tərəf müqabili Eylül Lize Kandemir ilə münasibət yaşaması barədə söz-söhbətlər yayılmışdı.
Son günlər isə hazırda rol aldığı "Kıskanmak" serialındakı həmkarı Hafsanur Sancaktutan ilə eşq yaşadığı iddia olunur.
Milli.Az