Öd kisəsi əməliyyatından sonra xəstəxanadan çıxan İbrahim Tatlıses mirasını dövlətə vəsiyyət etdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə bir müddət əvvəl əməliyyat olunan türkiyəli müğənni İbrahim Tatlıses jurnalistlərin suallarını cavablandırarkən deyib.
Məşhur müğənni açıqlamasında deyib:
"Mirasımı dövlətə verirəm. Heç kimə bir qəpik də yoxdur. Bəzilərinə görə digərləri də qurban olur. Pulu atam mənə buraxmayıb. Pul özümündür, istəsəm, paylayaram, kimə nə? Mən bütün qapılarımı onlar üçün ağzına qədər açdım, amma istifadə etməyi bilmədilər".
Xatırladaq ki, Tatlısəs ilə övladları Əhməd Tatlısəs və Dilan Çitak Tatlısəs arasındakı fikir ayrılıqları əvvəllər də xəbərlərdə yer almışdı. Tərəflər arasındakı gərginliyin məhkəməyə verildiyi məlumdur.
Fidan
Milli.Az