Türk teatrı və operasının tanınmış adlarından olan Ferdi Atuner 82 yaşında həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat verib.
Məlumata görə, uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Atuner infarkt keçirib və vəfat edib.
Qeyd edək ki, İstanbul Dövlət Opera və Balet Teatrının sənətçisi olan Atuner aktyorluq karyerasında böyük iz qoyub. Məşhur "Çocuklar duymasın", "Reytinq Hamdi", "En son babalar duyar", "Ayrılsak da beraberiz", "Bez bebek" və "Çılğın Bediş" kimi seriallarda rol alan sənətçi səsləndirmə işləri ilə də yadda qalıb.
Fidan
Milli.Az