Qəbələ və İsmayıllıya gedənlərin NƏZƏRİNƏ - Bu yol bir həftəlik BAĞLANIR

22 Aprel 2026 15:45

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində 24 aprel 2026-cı il saat 07:00-dan 30 aprel 2026-cı il saat 24:00-dək təmir işləri aparılacaq.

Milli.Az xəbər verir ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək.

Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər.

Milli.Az