Əməkdar artist Nüşabə Ələsgərli var-dövlətindən danışıb.
Milli.Az xəbər verir ki, o, "Öz aramızda" verilişində şou-biznesin "ən varlı ifaçısı" kimi təqdim olunmasına belə reaksiya verib:
"Anadangəlmə xasiyyətim belədir: cibimdə 1 qəpik belə olmasa özümü tox tutmuşam. Kiməsə zəng edim, Azərbaycanın bütün bölgələrində dostlarım var. Zənginlik budur. Efirdə ağlayıb, nəyimsə yoxdur deməmişəm. Həmişə pozitiv, hamıdan gözəl, varlı, xoşbəxtəm. Olmayan vaxtlarım da olub. Zəhmət çəkib qazanmışam, hamı qazanıb. Başqaları da toyda oxuyub qazanıb. Həmin pulları qazanmışıq, sadəcə efirdə ağlamamışam. Bircə bacım və anam dünyasını dəyişəndə efirdə ağlamışam. Maddiyat baxımından özümü sınıq, sökük, əzik göstərməmişəm. Mənim yaxşı ətrafım var. Kiməsə zəng edib kömək istəyəcək dostlarım var. Ən böyük zənginlik budur".
Milli.Az