Günə 500 milyon dollar itirirlər

22 Aprel 2026 11:31

İran maliyyə baxımından çökür.

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz "Truth Social" sosial şəbəkə səhisəfində yazıb.

"Onlar Hörmüz boğazının dərhal açılmasını istəyirlər. Günə 500 milyon dollar itirirlər", o əlavə edib.

Trampın sözlərinə görə, yaranmış şəraitdə İran hakimiyyəti dövlət sektorunda çalışanların əmək haqqlarını vaxtlı-vaxtında verməkdə çətinlik çəkir.

"Hərbçilər və polislər maaşlarının verilməməsindən gileylənirlər. SOS", - Tramp yazıb.

Fidan
Milli.Az