Putindən alman iş adamına sillə kimi CAVAB - VİDEO

22 Aprel 2026 10:45

Rusiya prezidenti Vladimir Putin qatıldığı forumlardan birində maraqlı dialoqla diqqət çəkib.

Milli.Az xəbər verir ki, məlumata görə, tədbir zamanı alman iş adamlarından biri sualını ingilis dilində ünvanlayıb. Buna cavab olaraq Putin gözlənilməz reaksiya verərək, onun alman dilində danışmalı olduğunu vurğulayıb. Rusiya lideri Almaniyanı təmsil edən şəxsin niyə ingilis dilinə üstünlük verdiyini sual altına alaraq, ölkənin suverenliyi barədə düşünməyə çağırıb.

Bu çıxış sadə irad kimi yox, daha geniş siyasi mesaj kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, Putin bu jesti ilə ingilis dilinin qlobal dominantlığını tənqid edir və bunu Qərbin, xüsusilə də ABŞ-ın təsir alətlərindən biri kimi təqdim edir.

Eyni zamanda, Rusiya prezidentinin "suverenlik" vurğusu Avropanın təhlükəsizlik və xarici siyasətdə ABŞ-dan asılılığına işarə kimi dəyərləndirilir. Analitiklərə görə, bu cür açıqlamalar Kremlin Avropaya yönəlik strateji ritorikasının bir hissəsidir.

Qeyd olunur ki, alman dilini sərbəst bilən Vladimir Putinin bu addımı həm də psixoloji üstünlük nümayişi kimi qiymətləndirilir və beynəlxalq platformalarda dil faktorunun siyasi alətə çevrildiyini bir daha göstərir.

Hüseyn
Milli.Az