"Sevgilisinin arvadından gizlənmək istədi, 10-cu mərtəbədən ASILI QALDI - VİDEO

22 Aprel 2026 12:20

Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, kadrlarda bir qadının sevgilisinin həyat yoldaşından gizlənmək üçün təhlükəli addım atdığı əks olunub.

Çıxılmaz vəziyyətdə qalan qadın mənzilin pəncərəsindən çölə çıxaraq binanın 10-cu mərtəbəsində sallanmalı olub. O, bu yolla diqqətdən yayınmağa çalışsa da, həyatını ciddi təhlükə altına atıb.

Hadisə anı ətrafdakı şəxslər tərəfindən lentə alınıb və sosial platformalarda sürətlə yayılıb. İzləyicilər görüntüləri narahatlıqla qarşılayaraq bu cür riskli davranışların ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıblar.

Musa
Milli.Az