“İmkan olsa, ikisi ilə də oynamarsan” - Rəşad Sadıqov

21 Aprel 2026 23:54

"Elə cütlükdür ki, oradan kimisə özünüzə arzulamırsınız. İmkan olsa, ikisi ilə də oynamarsan (gülür), amma ikisindən biri rəqibimiz olacaq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri çərçivəsində "Turan Tovuz"la baş tutan matçdan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib:

"Qarabağ"ın final və titul təcrübəsi böyükdür. "Sabah" isə bu mövsüm çempionluğa oynayır. Keçən il isə kuboku qazanıblar. Ona görə də indidən kimisə arzulamaq ürəyimdən keçmir. Xeyirlisi nədirsə, o da olsun".

Milli.Az