Xəbər verdiyimiz kimi, ötən gün 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb.
Milli.Az xəbər verir ki, hadisə ilə bağlı həmin məktəbin direktoru açıqlama verib.
"Dünən səhər məktəbimizin 9 E sinif şagirdinin atası məktəbə yaxınlaşaraq bildirib ki, 17 apreldə övladı ilə sinif yoldaşı arasında mübahisə olub və dalaşıblar. Bu barədə araşdırma aparılmasını və şagirdlər arasında barışıq yaradılmasını istəyib. Direktor müavini məsələnin nəzarətə götürüləcəyini deyib və həmin sinfə gedib. Şagirdlərin adlarını çəkərək kim olduqlarını soruşub və şagirdi sinifdən çıxarmaq üçün çağırıb. Bu zaman ondan arxada əyləşən şagird evdən gətirdiyi termosun içindəki spirti şagirdin üzərinə tökərək ona xəsarət yetirib", - deyə direktor qeyd edib.
Daha ətraflı İTV-nin süjetində:
Milli.Az