TƏBİB-də "kadr təmizləməsi" genişlənir: Daha bir direktor postu ilə vidalaşdı

21 Aprel 2026 20:07

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev də işdən çıxıb.

Bir müddət əvvəl P.Hacıyevin işdən azad olması üçün ərizə yazdığı ilə bağlı məlumat yayılmışdı. O, bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

Milli.Az