Xəstələr risk altındadır?

21 Aprel 2026 20:19

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən, Sumqayıt Tibb Mərkəzinə bağlı 3 nömrəli xəstəxananın vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Milli.Az xəbər verir ki, vətəndaşların bildirdiyinə görə, tibb müəssisəsinin binası ciddi şəkildə köhnəlib və qəzalı vəziyyətə düşüb. Həm binanın xarici, həm də daxili hissələrində dərin çatlar yaranıb, divarlardakı yarıqlar pəncərələrin kənarından aşağıya doğru uzanır. Tavan örtüyündə də zədələnmələr var, bəzi yerlərdə su sızması və qopmalar müşahidə olunur.

Şikayətçilər qeyd edirlər ki, bu vəziyyət xəstələr və tibb işçiləri üçün risk yaradır. 

Asya
Milli.Az