"60 yaşdan sonra sənətdən və toydan gedəcəyəm"

21 Aprel 2026 16:35

Aşıq Mübariz Camaloğlu açıqlaması ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, sənətçi gələcək planları ilə bağlı danışaraq, fəaliyyətini nə zaman dayandıracağını açıqlayıb. O bildirib ki, 60 yaşdan sonra artıq toy məclislərində iştirak etməyəcək və əsasən şəxsi işləri ilə məşğul olacaq.

Aşıq qeyd edib ki, sənətdən hörmətlə ayrılmaq istəyir və yaş irəlilədikcə səhnədə zəif görünmək istəmir. Onun sözlərinə görə, ən doğru addım vaxtında kənara çəkilməkdir ki, tamaşaçıların yaddaşında yaxşı iz qalsın.

Mübariz Camaloğlu əlavə edib ki, gələcəkdə özünə məxsus olan məkanda çıxış edəcək. O, sevənlərinin həmin məkana gələrək canlı ifasını dinləyə biləcəyini deyib.

Sənətçinin bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Musa
Milli.Az