Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

22 Aprel 2026 01:01

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərinə görə, ultra emal olunmuş teksturaya malik olduqları üçün az çeynəmə tələb edir və bu da beynin onları tam dəyərli qida kimi qəbul etməsini çətinləşdirir.

Diyetoloq əlavə edib ki, protein batonlarının tərkibində olan bəzi dadlandırıcılar şişkinlik və həzm narahatlığı yarada bilər. Eyni zamanda, bu məhsullarda aşağı səviyyəli iltihaba səbəb ola biləcək komponentlərin də mövcud olduğu qeyd olunur.

Gündə birdən çox protein batonu qəbul etmək tövsiyə edilmir və bu məhsullar əsas yeməyi əvəz etməməli, yalnız qəlyanaltı kimi istifadə olunmalıdır.

Xüsusilə mədə-bağırsaq problemləri olanlara, süd zülalına allergiyası və ya dadlandırıcılara qarşı həssaslığı olan şəxslərə, həmçinin insulin müqaviməti yaşayanlara protein batonlarından uzaq durmağı məsləhət görülür.

Milli.Az