Məşhur aktrisa illər sonra geri qayıdır - FOTO

21 Aprel 2026 15:40

Uzun müddət aktrisalıqdan uzaq qalan Qamze Özçelik yenidən çəkiliş meydançalarına qayıdır. 

Milli.Az xəbər verir ki, məlumata görə, aktrisa "Operasyon Alesta" adlı serialda rol alacaq. O, layihədə Afrikada çalışan türk mühəndis Zeynep obrazını canlandıracaq. 

2000-ci illərin əvvəllərində həm gözəlliyi, həm də aktrisalığı ilə tanınan Qamze Özçelik xüsusilə "Arka Sokaklar" serialındakı rolu ilə geniş şöhrət qazanmışdı. O dövrdə televiziya ekranlarının ən sevilən simalarından birinə çevrilmişdi.

Şəxsi həyatı ilə də tez-tez gündəmə gələn aktrisa bir vaxtlar həmkarı Uğur Pektaş ilə evli olub. Lakin bu evlilik boşanma ilə nəticələndikdən sonra onun həyatında ciddi dəyişikliklər baş verib. Sonrakı illərdə hicab bağlayan Özçelik ictimaiyyətdən uzaq həyat tərzi seçib və daha çox xeyriyyə fəaliyyəti ilə məşğul olub.

Fidan
Milli.Az