88 yaşlı ata ilə 53 yaşlı Daun sindromlu oğlunun TƏSİRLİ ANLARI - VİDEO

21 Aprel 2026 14:30

88 yaşlı ata və 53 yaşlı Daun sindromlu oğlunun uzun fasilədən sonra baş tutan görüşü sosial şəbəkələrdə geniş emosional rezonans doğurub.

Milli.Az xəbər verir ki, bir həftəlik ayrılıqdan sonra yenidən bir araya gələn ata-oğulun qarşılaşması izləyicilərin diqqətini çəkərək duyğulu anlara səbəb olub.

Yayılan görüntülərdə yaşlı atanın oğlunu görən kimi böyük sevinc və həyəcan keçirdiyi, oğlunun isə ona səmimi şəkildə sarıldığı əks olunur. Bu anlar ailə bağlarının gücünü və sevginin yaşla məhdudlaşmadığını bir daha göstərib.

Sosial şəbəkə istifadəçiləri ata-oğul arasındakı səmimi münasibəti "ən təmiz sevgi nümunəsi" kimi qiymətləndirərək paylaşıma çoxsaylı emosional şərhlər yazıblar. Görüntülər qısa zamanda minlərlə dəfə paylaşılıb və geniş müzakirə olunub.

Musa
Milli.Az